Veb səhifə yaradılması

İnternet saytların yaradılması

OST  Service şirkəti veb-saytların tam hazırlanması xidmətini təklif edir.

создание сайта

Üstünlüklərimiz:

Biz tam xidmət kompleksini təklif edirik: saytın yaradılması, dəstəklənməsi və irəliləməsi (tanıdılması). Deməli, Siz bütün lazımlı xidmətləri birlikdə və dərhal əldə edirsiniz.

Biz sırf Sizin sayt üçün lazımlı imkanları seçirik. Deməli, Siz hazırda ehtiyacınız olmayan şeylərə görə ƏLAVƏ ÖDƏNİŞ ETMİRSİNİZ.

Yaradılmış saytın funksionalı gələcəkdə artırıla bilər. Saytın dəyişdirilməsi Sizin istəyinizə uyğun həyata keçirilir.

Məhz Sizin saytın xüsusiyyətlərinə uyğun rahat və funksional administrasiya sisteminin (CMS) seçilməsi saytın məzmununda sərbəst şəkildə dəyişikliklərin edilməsinə, səhifələrin əlavə edilməsinə izn verir.

Saytın müxtəlif brauzerlərdə, müxtəlif ekran ölçülərində (telefon, planşet) düzgün əks olunması. Auditoriya itkisinə yol verilmir.

Hər səhifə üçün meta-məlumatlar (səhifələrin təsviri, axtarış sistemləri üçün açar sözlər) axtarış sistemlərində saytın vəziyyətin yaxşılaşdırılmasına imkan verir (saytın faydalılığı artır, reklam xərcləri azalır).

Saytın yaradılması bir neçə mərhələdən keçir:

стадии разработки

  • Texniki tapşırığın hazırlanması və təsdiqlənməsi. Sizə hansı internet-resursun lazım olduğuna məhz bu mərhələdə qərar verilir.
  • Dizaynın hazırlanması. Vizual tərəf resursun digərlərinin fonunda sərfəli şəkildə seçilməsini təmin etdiyi üçün OST Service mütəxəssisləri saytınızın dizaynının necə olmasına xüsusi diqqət yetirir.
  • İşlək şablonun yaradılması. Hərəkətverici hissənin və strukturun yaradılması saytın hazırlanmasında vacib mərhələdir.
  • Doldurulması. Resurs unikal vizual və mətn məlumatları ilə doldurulur.
  • İrəliləyiş. Saytınıza auditoriyanın marağını cəlb etmək üçün müasir internet-irəliləyiş alətlərindən istifadə edirik.

Biz zəmanət veririk: məsuliyyətli yanaşmaya və saytın hazırlanmasının dəqiq tarixlərinə. Peşəkarların oprativ işi – keyfiyyətli nəticə.

creation_sites

Əminik ki, bizə müraciət edərək Siz şirkətimizin saytların hazırlanması üzrə xidmətlərinin əsas üstünlüklərini qiymətləndirəcəksiniz:

  • Mövcud resursun və ya sifarişçinin təqdim etdiyi başlanğıc məlumatlarının təhlilindən savadlı internet-irəliləyişədək saytların yaradılması üzrə istənilən işləri keyfiyyətli və operativ şəkildə görməyə hazır təcrübəli mütəxəssislər komandasının köməyi;
  • Ziyarətçilər üçün maraqlı gələn və axtarış sistemlərinin sorğularına uyğun şəkildə lazımı qaydada optimizasiya edilmiş unikal kontent;
  • Satə vizit-saytdan tammiqyaslı portal və ya internet-mağazayadək istənilən resursun cəlbedici dizaynı və əla funksionallığı;
  • Aparıcı axtarış sistemlərinin reytinqlərində resursun sürətli irəliləməsi;
  • Pulsuz texniki dəstək (hazırlanandan sonrakı bir il ərzində) və saytın gələcək optimizasiyası və dəstəklənməsi hesabına resursun aktual işlək vəziyyətdə saxlanması;
  • İndividual yanaşma və saytın münasib qiymətə hazırlanması imkanı.

Bizim şirkətə müraciət edərək bütün istəklərinizə uyğun gələn və  istifadəçilər üçün rahat sayt sifariş edə bilərsiniz!

OST Service şirkəti artıq mövcud olan internet resursun modernizasiyası və inkişafı xidmətini təklif edir. Biz Sizə saytın effektivliyinin artırılmasında kömək olarıq.

модернизация сайта

Əgər Siz internet-resursunuzun həmişə istifadəçilər üçün funksional və rahat olmasını istəyirsinizsə, saytların tamamlanması, modernizasiyası və inkişafı xidmətlərindən istifadə etməyi tövsiyə edirik. Şirkətinizin onlayn-resursu biznesin inkişafının təsirli alətinə çevrilməlidir. Bunun üçün bizim mütəxəssislər korporativ saytın İnternet şəbəkədə tanıdılması ilə effektiv konsepsiya və inkişaf planı hazırlayarlar. Veb-dizaynın və proqramlaşdırmanın son tendensiyalarını, məşhur axtarış sistemlərinin reyncləşdirmə alqoritmləri barədə təzə informasiyanı və təhlükəsizlik sistemlərindəki yenilikləri nəzərə alaraq Sizin şirkətin saytının inkişafı, işinin yaxşılaşdırılması üzrə optimal tövsiyələri təklif edəcək və həyata keçirəcəklər.

Saytların texniki dəstəyi:

podderzhka-sajta

Saytın hazırlanması bitdikdən sonra onu taleyin axışına buraxmırıq. Layihə bitdikdən sonrakı bir gün ərzində biz yeni resursa pulsuz texniki xidmət göstəririk, müştərilərə onun istismarı ilə bağlı suallar üzrə konsultasiya və kömək təklif edirik.

Texniki dəstək mütəxəssisləri aşağıdakılar üzrə konsultasiya verir:

  • saytın idarə olunma sisteminin istifadəsi;
  • resursun doldurulma qaydaları;
  • saytın müxtəlif brauzerlərdə istifadə xüsusiyyətləri;
  • onun axtarış optimizasiyası üçün sayta informasiyanın daxil edilməsi qaydaları;
  • resursa daxil olmaq üçün şifrələrin bərpa edilməsi;
  • elektron poçt qutularının yaradılması;
  • müxtəlif poçt klientlərində poçt qutularının quraşdırılması;
  • resursun yerləşdirildiyi hostinqin işi;
  • saytın domen adlarının qeydiyyatı.

Həmçinin, biz ftp-yə və ya məlumat bazalarına çatım rekvizitlərinin və ya əməkdaş dəyişilərsə, yaxud informasiya sızıntısı zaması sayta daxil olma rekvizitlərinin təcili dəyişdirilməsi lazım olduqda kömək göstəririk. Sındırılma, hücum və ya sayta qarşı digər zərərli hərəkətlər zamanı mütəxəssislərimiz yaranan nasazlıqların aradan qaldırılması üçün birbaşa işə qoşulurlar.

Kontaktlar

Telefon: +994 55 788 67 80; +994 51 788 67 80

E-mail : office@ostservice.az