İnternet saytların tanıdılması

İnternet saytların tanıdılması

improve efficiency

Günümüzdə saytı tanıtmadan biznesin uğurlu inkişafını təsəvvür etmək çətindir, axı internet istənilən mal və xidmətlərin satışı üçün nəhəng platformadır! İnternetdə yerləşdirilmiş reklamın köməyi ilə Siz özünüzü bütün dünyaya tanıda, öz imkanlarınızı və üstünlüklərinizi göstərə bilərsiniz. Artıq milyonlarla şirkət bu alətdən istifadə edir!

OST Service mütəxəssisləri Sizə rəqiblər arasında itməməyə, saytın mövqelərinin yüksəldilməsinə və İnternet-reklamın bütün imkanlarından istifadə etməyə kömək olacaq. OST Service – Bakıda saytların tanıdılması ilə məşğul olan ilk şirkətlərdəndir. Biz Sizə  illər ərzində saytların uğurlu tanıtımının bütün incəliklərini və sirlərini öyrənmiş peşəkarlar komandasının biliklərini və təcrübəsini təklif edirik.

Siz həmişə individual yanaşmaya ümid edə bilərsiniz: biz şablon texnologiyalardan istifadə etmək əvəzinə məhz Sizin resursa uyğun tanıtım strategiyasını hazırlayırıq.

Bizim mütəxəssislər:

  • sizin işlədiyiniz sferanı bütün xırdalıqlarınadək araşdıracaqlar;
  • rəqiblərlə müqayisəli təhlil yerinə yetirəcəklər;
  • saytın axtarış sistemləri üçün aktuallıq mövqelərini təhlil edəcəklər.

Bu araşdırmaların nəticəsi internet-tanıtım üçün daha effektiv alətlərin seçilməsi üçün əsas olacaq.

Şübhəsiz, Sizi optimal dəyər və korporativ saytın və ya internet-mağazanın TOP populyar axtarış sistemlərində CEO-tanıtımının Azərbaycan bazarının xüsusiyyətləri ilə yaxşı tanış olan yerli şirkətdə sifariş etmək imkanı sevindirəcək.

İnternet resursun tanıtımı üzrə xidmətlərin məcmusuna daxildir:

Saytın axtarış optimizasiyası

SEO GOOGLE

SEO axtarış optimizasiyası – ziyarətçilərin və potensial müştərilərin miqdarının artırılması məqsədilə istifadəçilərin müəyyən sorğularına əsasən saytın axtarış nəticələrindəki mövqelərinin yüksəldilməsi üçün daxili və xarici optimizasiya üzrə kompleks tədbirlərdir.

Bu kompleks iki hissəyə bölünür:

Daxili optimizasiya – onun həm texniki baxımdan (səhvlərin təhlili, proqram kodunun düzəldilməsi), həm də istifadəçilərin istifadəsi tərəfindən yaxşılaşdırılması (mətnlərin əlavə edilməsi və onların açar sözlərə uyğun optimizasiyası, saytın savadlı strukturunun və naviqasiyasının formalaşdırılması). Bu hissə SEO-optimizasiyanın əsas hissəsi hesab olunur.

Xarici optimizasiya – saytınızın əhatəsi ilə, yəni digər saytlarda yerləşən və sizin sayta keçid edən xarici keçidlərlə iş.

İnternetdə kontekst reklamı

Kontekst reklamının effektivliyi axtarış sistemi ziyarətçisinin reklam elanını yalnız həmin axtarış sistemində lazımlı sorğunu yığması şərtilə görməyindən ibarətdir. Bu, reklam verən üçün maraqlı şəxslərin cəlb edilməsinin rahat alətidir. Bu format çərçivəsində əhalinin müəyyən qruplarına targetinq üzrə böyük imkanlar dəstini əlimizdə saxlayırıq: cins və yaş, geotargetinq (şəhər, rayon və ya bölgə), maraqlar, axtarış mövzusu, göstərişin vaxtı və tezliyi. Azərbaycanda əsas axtarış sistemi – Google.Adwordsdur.

Kontekst reklamı çərçivəsində xidmətlər sırasına daxildir:

Reklam kampaniyasının yaradılması

Müştərinin məşğul olduğu məhsullardan/xidmətlərdən irəli gələrək söz siyahısının təşkili və reklam mətn bloklarının təşkili. Sifarişçi ilə reklam elanlarının ziyarətçini yönəldəcəyi səhifələrin siyahısını razılaşdırmaq. Bölgələrin və nümayiş vaxtının tənzimlənməsi. Reklam kampaniyasının işinin ilkin strategiyasının tənzimlənməsi.

Reklam kampaniyasının aparılması

Aylıq fəaliyyətlər. Reklam kampaniyası üzrə məlumatların yığılması, analitika, reklam kampaniyasının dəyişdirilməsi, hesabatlar. Reklam kampaniyasının optimizasiyası. Büdcələrin azaldılması və sifarişçinin reklam kampaniyasının effektivliyinin yüksəldilməsi üzrə iş.

Google partnyor saytlarında reklam və yerli portallarda banner reklamı

Banner reklamı – potensial ziyarətçinin diqqətini çəkmək məqsədilə əlvan, fərqlənən bannerlərin yerləşdirilməsi və bunun nəticəsində satışların artırılması.

Banner reklamı öz şirkətinin tanınmasını artırmaq, məhsullarına tələbatı formalaşdırmaq və ya geniş auditoriyaya öz məhsulu/xidməti, hər hansı hadisə (aksiya, tədbir) barədə məlumat vermək üçün xeyirlidir.

adwords and dirext add example

Müəyyən mövzulu yerli portallarda bannerlər Sizin məhsulunuz və ya xidmətiniz üçün daha affinitiv (uyğun) auditoriyanı əhatə etməyə imkan verir.

Google partnyorlarının saytlarında kontekst bannerləri ziyarətçilərə sorğulardan və axtarış şəbəkəsində davranışlarından asılı olaraq göstərilir (maraqlar, açılan saytların mövzusu). Bu format çərçivəsində biz həm də remarketinq alətindən istifadə edə və elanı ya Sizin resursda olmuş istifadəçilərə, ya da onda müəyyən fəaliyyət həyata keçirmiş istifadəçilərə göstərə bilərik. Həmçinin, bizim yuxarıda qeyd edilən standart Google Adwords targetinq alətlərindən istifadə etmək imkanımız var.

Beləliklə, maraqlanan ziyarətçiyə göstərilən banner həmin bannerin tematik portalda yerləşdirilməsindən daha böyük effektivlik verir.

Google partnyor saytlarında media reklam qısa müddətdə məhsulunuz/xidmətiniz barədə məlumat verməyə və rəqiblər arasında seçilməyə imkan verir. Düzgün yaradılmış banner bu məsələni çox effektiv şəkildə həll edir və Sizin müştəri bunu mütləq görür və saytınıza keçid edir.

Media reklamın yerləşdirilməsi zamanı bizim mütəxəssislər aşağıdakı sxem üzrə iş görür:

  • Hazırlıq: yerləşdirmə üzrə planı tərtib edirlər, sizin hədəf auditoriyanızı seçirlər, yerləşdirmə formatını təklif edirlər, media yerləşdirmənin dəyərini hesablayırlar;
  • İstehsalat: Reklam materiallarının maketlərini hazırlayırıq.
  • Təhlil: effektivliyin qiymətləndirilməsi, statistika, keçid/nümayiş dəyərinin korrektəsi.

Saytın sözlər üzrə ödənişlə irəlilədilməsi.
Biz Sizin saytınızı TOP nəticələrdə sırf Sizin potensial alıcılarınızı maraqlandıran sorğular üzrə irəlilədirik.
1-ci mərhələ. Optimizasiya. Saytla hazırlıq işləri 300 manatdan.
2-ci mərhələ. Saytın sözlər üzrə ödənişlə irəlilədilməsi – Bir sözün qiyməti: 0,2 AZN-dən/günü Google-da TOP-10-da.

Saytın trafikinə görə ödənişlə irəlilədilməsi.
Saytın trafik üzrə tanıdılması Sizin hədəf auditoriyanızı maraqlandıran bütün konkret məhsullar və xidmətlər üzrə axtarışı gerçəkləşdirməyə imkan verir.
1-ci mərhələ. Optimizasiya. Saytla hazırlıq işləri 300 manatdan.
2-ci mərhələ. Saytın nəticəyə görə ödənişlə irəlilədilməsi.- Bir sözün qiyməti: 0,1 AZN-dən/kliki


Reklam tanıtımının büdcəsi kampaniyanın məqsədlərindən asılı olaraq formalaşdırılır. Planlaşdırma, yerləşdirmə və internet tanıtımın nəticələri üzrə hesabatların təqdim edilməsi xidmətlərinə görə agent komissiyası – baza dəyərindən 5%

Sosial şəbəkədə səhifənin idarə olunması – ayda 300 manat

 

Kontaktlar

Telefon: +994 55 788 67 80; +994 51 788 67 80

E-mail : office@ostservice.az