Haqqımızda

Şirkət haqqında

OST SERVICE şirkəti bazarda 2010-cu ildən fəaliyyət göstərir. Biz IT sahəsində geniş xidmət dairəsi, saytların yaradılması və inkişaf etdirilməsi, həmçinin, SMM (Social Media Marketing) və   SEO (Search Engine Optimization) xidmətləri təklif edirik. Kollektivimiz təcrübəli IT mütəxəssislərindən, proqramçılardan və zəngin iş təcrübəsinə malik marketoloqlardan ibarətdir.

təklif

Fəaliyyətimizin əsas istiqaməti – IT autsorsinq, IT konsaltinq, məlumat bazalarının hazırlanması və idarə olunması, veb-saytların hazırlanması, dəstəklənməsi və inkişaf etdirilməsi.

Əsas peşəkar marağımız: Müştərilərə autsorsinq formatında IT xidmətlər təqdim etmək, yəni Sizin IT infrastrukturunuzu abunə xidməti sistemi əsasında dəstəkləmək.

İş prinsiplərimiz – effektiv və keyfiyyətli xidmətin təqdim edilməsi, həmçinin, hər müştəriyə fərdi yanaşma.

  • Biz öz işimizlə bağlı Sizi maraqlandıran istənilən sualı mütləq cavablandıracağıq;
  • Biz Sizin qarşıya qoyduğunuz məsələlərin optimal həllini tapacağıq;
  • Vəziyyətdən asılı olmayaraq biz işimizi sona çatdırıb üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirəcəyik

Müştərilərimiz kompleks dəstək və qarşıya qoyulmuş məsələlərin zəmanətli effektiv həllini əldə edirlər.

Əgər Siz biznesinizin dəstəyi üçün etibarlı həll yolu axtarırsınızsa, xahiş edirik, təqdim etdiyimiz xidmətlərin məcmusu ilə tanış olun.

Bizim üçün işimizin uğuru dərhal gəlir əldə etmək deyil, müştərilərimizin layihələrinin uğur qazanması deməkdir.

Hazırda bizim Optimal Servis, Azerplast, TandM Global Ltd, AKA Group, Printek, Ace Consultants, JDC Joint, Christian Dior kimi şirkətlərlə iş təcrübəmiz var.

Логотипы

Kontaktlar

Telefon: +994 55 788 67 80; +994 51 788 67 80

E-mail : office@ostservice.az